header

 `Ənsarullah` öz dronlarını istehsal edir

Yəmən Ordusunun Pilotsuz Uçuş Aparatları yerli mütəxəssislər tərəfindən ölkədə hazırlanır.

FaktXeber.com-un Yeni Şafak-a istinadla verdiyi məlumata görə, bu barədə  "Ənsərullah" hərəkatının siyasi büro üzvü Abdulvahab əl-Muhbeşi xəbər verib.

Onun sözlərinə görə, Səudiyyə başda olmaq koalisiya qüvvələrinin tətbiq etdiyi mühasirəyə baxmayaraq, Yəmən xalq komitələri və ordunun müdafiə qüdrəti gündən-günə artır.

Qeyd edək ki, Yəmən Ordusunun və "Ənsarullah" hərəkatının PUA gücü Səudiyyə Ərəbistanı üçün böyük bir problemə çevrilib. Sonuncu dəfə şənbə günü Yəmən qüvvələri 10 dronla Səudiyyənin "Aramco" neft firmasına məxsus iki neftayırma zavodu hədəf almaqla, neft hasilatına böyük zərbə vurublar: Gündəlik hasilat 9,8 milyon səviyyəsindən 5.7 milyon barelə qədər azalıb.

Xatırladaq ki, Səudiyyə rejiminin birbaşa diqtəsi ilə hökumət idarə edən Yəmən prezidenti Mənsur Hadi buna etiraz edən xalqa qarşı zor tətbiq etdikdən sonra ölkə boyu kütləvi aksiyalar həyata keçirilmişdi. Xalq Mənsur Hadidən islahatlar həyata keçirməyi və Səudiyyənin tapşırıqlarının yerinə yetirməməyi tələb edirdi. Uzun müddətli aksiyalar zamanı prezidentin əmri ilə xalqa qarşı sıxılan güllə vəziyyəti bir qədər də gərginləşdirdi və Mənsur Hadi ölkədən qaçaraq Səud rejiminə sığındı. Buradan isə öz xalqına qarşı müharibə elan etdi. Bəzi ərəb ölkələrini bu müharibəyə səslədi və yaradılan koalisiya bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.

Yəmən Ordusunun Pilotsuz Uçuş Aparatları yerli mütəxəssislər tərəfindən ölkədə hazırlanır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-16-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap